Gürcüstan vətəndaşlarına və ya Gürcüstana səfər edən hər hansı xarici ölkə vətəndaşlarına 15 iyun 2022-ci il tarixindən etibarən nə COVID-vaksinasiya sertifikatı, nə də PSR-müayinəsinin mənfi nəticə testini təqdim etməyə ehtiyac yoxdur.
Yuxarıda göstərilən qaydalar üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisindən çıxdığınız və səyahət etdiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları əldə etmək üçün uçuşunuzdan əvvəl IATA-nın Səyahət Mərkəzinin saytını, Gürcüstan Xarici İşlər Nazirliyinin veb-saytını - https://mfa.gov.ge/, https://stopcov.ge/en və https://tinyurl.com/4kmkznx7 saytlarını nəzərdən keçirməniz xahiş olunur.
Bakı (GYD) vasitəsilə Gürcüstandan digər ölkələrə səyahət edən tranzit sərnişin(lər) üçün onun son təyinat məntəqəsinə girişini tənzimləyən qaydalar/şərtlər tətbiq edilir.
Təyinat ölkəsi tələb etdiyi təqdirdə, Synevo laboratoriyasının (www.synevo.ge) filiallarının birindən koronavirus infeksiyasının olmaması barədə arayış almalı və ya üzərində QR-kodu olan PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etməlisiniz (QR-kodun etibarlılığı qeydiyyat masalarında yoxlanılacaq).